Qar faciəsi: 1 nəfər öldü, 200 nəfər xəsarət aldı
Bizi izləyin

Dünya

Qar faciəsi: 1 nəfər öldü, 200 nəfər xəsarət aldı

Proqnozlara görə, şənbə günü Kanto regionunun dağlıq ərazilərində və paytaxt dairəsində qar örtüyünün hündürlüyü 70 santimetrə çata bilər

Bu gün səhər Yaponiyanın əksər hissəsində yağan güclü qar nəticəsində bir nəfər həlak olub, təqribən 200 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti NHK telekanalına istinadən xəbər verir.



Hönsü adasının Osaka prefekturasında nisbətən daha çox insan xəsarət alıb. Burada 109 nəfər zədə alıb.



Son məlumatlara görə, qəzalı vəziyyətdə olan "Fukusima-1" AES-in işində texniki nöqsanlar qeydə alınmayıb. Güclü qar ölkədə 180-ə yaxın daxili reysin ləğvinə, sürət və şəhərətrafı qatarların hərəkətində xeyli yubanmalara səbəb olub. Təbii fəlakət nəticəsində Küsü adasında 9,7 min ev işıqsız qalıb.



Proqnozlara görə, şənbə günü Kanto regionunun dağlıq ərazilərində və paytaxt dairəsində qar örtüyünün hündürlüyü 70 santimetrə çata bilər. Meteoroloqlar bəzi rayonlarda qarın güclü küləklə müşahidə olunacağını da istisna etmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm