“Əl-Qaidə”: Paris terrorunu biz törətmişik
Bizi izləyin

Dünya

“Əl-Qaidə”: Paris terrorunu biz törətmişik

“Əl-Qaidə” terror qruplaşmasının Yəmən qanadı Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti üzərinə götürüb.

Publika.az “Reuters” xəbər agentliyinə istinadən bildirir ki, bu barədə bəyanatı təşkilatın lideri Naser Ben Ali al-Ansi verib.

“Biz “Əl-Qaidə”nin Ərəbistan yarımadasındakı təşkilatı Allahın elçisinin qisası üçün Parisdə həyata keçirilən əməliyyata görə məsuliyyəti öz üzərimizə götürürük”, - təşkilat lideri vurğulayıb.

Qeyd edək ki, daha əvvəl “Əl-Qaidə”nin Yəməndəki qruplaşmasından bir nəfər açıqlama verərək Parisdəki terror aktının məsuliyyətini öz üzərinə götürüb. O deyib ki, hücumun planı onlar tərəfindən hazırlanıb və həyata keçirilib. "Charlie Hebdo" jurnalına hücum edən terrorçular da “Əl-Qaidə”nin Yəmən qruplaşmasının üzvləri olduqlarını bildirmişdilər.

Xatırladaq ki, “Charlie Hebdo” redaksiyasına hücum 7 yanvar tarixində olub. Hücum nəticəsində 12 nəfər öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm