• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ermənilər Rusiya konsulluğuna hücuma keçdi, bayraqlar tapdalandı – FOTOLAR (VİDEO)

  • Dünya
  • 14 Yanvar 2015 17:45
  • 526 Baxış
Ermənilər Rusiya konsulluğuna hücuma keçdi, bayraqlar tapdalandı – FOTOLAR (VİDEO)

Ermənistan Şirak vilayətində avtoyürüş keçirilir.

Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, təxminən 300 avtomobil hazırda Rusiya konsulluğunun binasına doğru hərəkət edir.

Avtoyürüş iştirakçıları 6 nəfər ermənini öldürən Rusiya vətəndaşı Valeri Permyakovun Ermənistanda mühakimə olunmasını tələb edirlər. Etirazçıların bir hissəsi isə Şirak vilayət administrasiyasına doğru hərəkət ediblər. Polislə etirazçılar arasında qarşıdurmanın olduğu bildirilir. Polislər vilayət administrasiyasına girişi bağlayıb və insanların binaya yaxınlaşmasına imkan verməyib.

Aksiya zamanı Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Qeyd edək ki, Gümrü şəhərində bir ailənin qətlində şübhəli bilinən Rusiya hərbçisi mühakimə edilməsi üçün Ermənistanın hüquq-mühafizə orqanlarına verilməyəcək. Məlumata görə, Rusiya tərəfi qətldə şübhəli hesab olunan Valeri Permyakovun Rusiya Federasiyasının vətəndaşı olduğunu erməni tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsi hərbçinin Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsini qadağan edir.

Amma 6 nəfərin öldürülməsi ilə nəticələnən cinayət hadisəsinin Ermənistan ərazisində baş verməsini və Ermənistan vətəndaşlarının qətlə yetirilməsini qeyd edən ermənilər cinayətkarın təhvil verilməsini tələb edirlər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR