İspaniyadan müsəlmanlara daha bir qadağa
Bizi izləyin

Dünya

İspaniyadan müsəlmanlara daha bir qadağa

Fransada ötən həftə həyata keçirilən terror aktlarından sonra İspaniya Daxili İşlər Nazirliyinin təhlükəsizlik orqanlarına göndərdiyi tədbirlər paketinin mətni mətbuatın əlinə keçib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, paketdə irqçiliyi əks etdirən çoxlu maddə var.

Paket İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Suriya, Livan və Türkiyə də daxil olmaqla bir çox müsəlman ölkələrindən gələnlərin lazım gələrsə təqib edilməsini nəzərdə tutur. Polis şübhəli gördüyü bir adamın pasportunda Türkiyə çıxış-giriş möhürü gördüyü halda onu təqib edəcək və ya saxlaya biləcək. İspan polisi ölkənin turist bölgələrində, həmçinin hava limanı, metro və avtobus terminalları kimi yerlərdə video çəkilişi aparan ərəblərə əngəl olacaq. Əşyaları arasında kompüteri olan müsəlmanlar isə bunu hansı məqsədlə istifadə etdiyini polisə izah etmək məcburiyyətindədir.

Polis həmçinin müsəlmanların cibində nə qədər pul olduğunu soruşa biləcək. Min avrodan çox pulu olanlar isə bu puldan nə üçün istifadə etmək istədiyini söyləməlidir.

İspaniya Daxili İşlər Nazirliyi Əlcəzair vətəndaşlarını ərəblər içində ən təhlükəli hesab edərək polisin onlara qarşı fövqəladə dərəcədə diqqətli olmasını istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm