Dünya
Yanukoviçin pulları Ukrayna büdcəsinə keçiriləcək
Ukrayna hökuməti eks-prezident Viktor Yanukoviçin üzərinə həbs qoyulmuş aktivlərini büdcəyə yönəltməyi düşünür.
Publika.az xəbər verir ki, bu barədə daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində yazıb. Onun yazdığına görə, həbs olunan vəsaitin miqdarı ümumilikdə Müdafiə Nazirliyinin, XİN-nin və Ukrayna milli qvardiyasının illik büdcəsindən çoxdu.
“Eks-prezidentin daşınmaz əmlak aktivlərini və kompaniyalardakı payını hesaba almasaq, Ukrayna hüquq mühafizə orqanlarının həbs etdikləri bank hesabındakı pullar və qiymətli kağızlar xaricdə 2 milyard dollar, ölkə daxilində isə 1,8 milyard dollar və 6 milyard qriven təşkil edir” – nazir əlavə edib.
Daxili işlər naziri Arsen Avakov Ali Radanın müzakirəsinə Ukraynanın keçmiş başçısı üzərində qiyabi məhkəmənin keçirilməsinə “bürokratik əngəlləri aradan götürən” düzəlişlərin çıxarıldığını da vurğulayıb.
Qeyd edək ki, İnterpol Ukraynanın eks-prezidenti Viktor Yanukoviç, onun oğlu, həmin dövrdə vəzifədə olmuş Baş nazir və bir neçə nazirin də daxil olduğu hökumətin bəzi nümayəndələri barədə axtarış elan edib.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO