Müəllimlər məktəbə silahla gedəcəklər
Bizi izləyin

Dünya

Müəllimlər məktəbə silahla gedəcəklər

Pakistanın Xeyber Paxtunxva əyalətində təhsil müəssisələrinin kişi müəllimləri bundan sonra məktəbə silahla gedəcəklər.

Ötən ilin dekabr ayında Peşavar şəhərindəki hərbi məktəbdə baş verən terror aktından sonra əyalətin hakimiyyət orqanları qərar qəbul edib.

Qərarda deyilir ki, bu addım Pakistanda ən çox terror aktlarının törədildiyi Xeyber Paxtunxva əyalətində baş verə biləcək qanlı hadisələrin qarşısının alınması məqsədilə atılır. Qeyd edilir ki, müəllimlərə verilən tapançalar rəsmi qeydiyyatdan keçirilir və ancaq terror aktları törədildiyi zaman istifadə edilməsinə icazə verilir.

Əyalət hökumətinin başçısı Perviz Xattaqa bildirib ki, əyalətdə 30 min məktəb və digər təhsil ocaqları var və polis orqanlarının bütün bu müəssisələrin təhlükəsizliyini qorumaq imkanı yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm