İsrail qəzeti qadın liderləri sildi – FOTO
Bizi izləyin

Dünya

İsrail qəzeti qadın liderləri sildi – FOTO

İsrailin “HaMevaser” qəzeti Parisdə keçirilmiş Həmrəylik yürüşünün dərc edilmiş fotosundan qadın liderlərin təsvirini silib.

Publika.az xəbər verir ki, sözügedən nəşr Photoshop proqramı vasitəsilə qadın liderlərin şəklini retuşlayıb.

Orjinal fotoda Fransa və Fələstin muxtariyyəti prezidentləri arasında Almaniya kansleri Angela Merkelin dayandığı görünür. Lakin İsrail qəzetinin işıq üzü görmüş nömrəsində dərc olunmuş fotoda onun və daha bir neçə qadın liderin izi-tozu belə qalmayıb. Fotodan təsviri silinmiş qadınlar arasında Paris meri Anne Hidalgo, Avropa Şurasının Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə rəsmisi Federika Mogherini və Danimarka Baş naziri Helle Torninq-Şmit də var.

İsrail qəzeti bu hərəkətinə görə qadınlara qərəzli münasibətdə ittiham olunub.

“HaMevaser” rəhbərliyi baş vermiş hadisədən təəssüf hissi keçirdiyini bildirməklə yanaşı, oxucularının dini hissələrini qorumağı özünə borc bildiyini də qeyd edib.

Qəzet yazıb ki, qadın siyasətçilərin təsvirini şəkildən oxucuların "abır-həyasını qorumaq məqsədilə" yığışdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm