• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ukrayna hökumətində daha bir gürcüyə vəzifə verildi

  • Dünya
  • 15 Yanvar 2015 09:13
  • 351 Baxış
Ukrayna hökumətində daha bir gürcüyə vəzifə verildi

Ukrayna Nazirlər Kabinetində gürcülərin sayı daha bir nəfər artıb.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində yazıb.

O, Gürcüstan vətəndaşı Qiya Qesadzenin Ukraynanın ədliyyə nazirinin birinci müavini təyin edildiyini deyib.

“Mənim dostum Qiya Qesadze Ukraynanın ədliyyə nazirinin birinci müavini təyin edilib…” - sabiq prezident yazıb.

Qiya Qesadze Mixail Saakaşvilinin prezidentliyi dövründə yüksək vəzifələrdə, o cümlədən ədliyyə nazirinin birinci müavini postunda çalışıb.

Qeyd edək ki, Ukraynanın 2014-cü ilin dekabrında yaradılan yeni hökumətində Gürcüstanın iki vətəndaşına yer verilib. Aleksandr Kvitaşvili səhiyyə naziri, Eka Zquladze isə daxili işlər nazirinin birinci müavini təyin edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR