İstanbulda “Əqrəb” əməliyyatı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

İstanbulda “Əqrəb” əməliyyatı – SON DƏQİQƏ

İstanbul şəhərinin Maltəpə Bələdiyyəsində bu səhər erkən saatlarda terror əməliyyatı həyata keçirilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İstanbul Təhlükəsizlik Müdirliyinin terrorla mübarizə şöbəsinin qrupları Maltəpənin Gülsuyu və Gülənsu məhəllələrində əvvəlcədən müəyyənləşdirilən ünvanlarda eyni vaxtda əməliyyat təşkil edib.

“Əqrəb” adlanan əməliyyat çərçivəsində polis qrupları zirehli avtomobillərlə Gülsuyu məhəlləsində geniş təhlükəsizlik tədbirləri həyata keçirib. Əməliyyatın məhz hansı təşkilata qarşı olduğu açıqlanmayıb. Əməliyyatın keçirildiyi ünvanlarda axtarışların davam etdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm