• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

15 nəfəri xilas edən müsəlman gəncə Fransa vətəndaşlığı verildi

  • Dünya
  • 15 Yanvar 2015 22:16
  • 439 Baxış
15 nəfəri xilas edən müsəlman gəncə Fransa vətəndaşlığı verildi

Parisdə yəhudilərə məxsus bir marketə yanvarın 9-da hücum zamanı 15 nəfəri xilas edən malili müsəlman gəncə Fransa höküməti xoş xəbər verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa daxili işlər naziri Bernard Kazeneuve silahlı basqında 15 müştərini dondurucuda saxlayaraq ölümdən xilas edən Lassana Bathiluya Fransa vətəndaşlığının veriləcəyini açıqlayıb.

Nazir Lassanaya Fransa vətəndaşlığının verilməsi üçün kampaniyanın keçirildiyini və qısa müddət ərzində 270 min imzanın toplandığını deyib. O, Fransa vətəndaşlığı ilə bağlı sənədlərin yanvarın 20-də təqdim olunacağını və mərasimdə özünün də iştirak edəcəyini bildirib.

Qeyd edək ki, göstərdiyi cəsarətə görə prezident Fransua Olland da telefonla zəng edərək malili gənci təbrik edib.

Lassana hücum zamanı 15 müştərini marketin altındakı anbara aparmış və buradakı böyük dondurucuda saxlamışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR