Lukaşenko Kremlə meydan oxudu
Bizi izləyin

Dünya

Lukaşenko Kremlə meydan oxudu

“Minsk Avropa Birliyi və ABŞ-la münasibətləri ardıcıl və məqsədyönlü şəkildə qurmaq niyyətindədir”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko parlamentdə çıxışında bildirib.

Dövlət başçısı həmçinin Kremldən buna görə narahat olmamağı xahiş edib: “Biz Rusiyanın məqsədyönlü şəkildə Qərblə münasibətləri normallaşdırmaq üçün göstərdiyi cəhdlərə görə qəzəblənmirik. Siz də qəzəblənməyin. Sakitləşmək və normal işləmək lazımdır”.

Aleksandr Lukaşenko əmin edib ki, Minsk Moskva sıx əməkdaşlığı davam etdirəcək: “Bu bizim Rusiyamızdır və biz çox yaxın şəkildə bu ölkə ilə bağlıyıq. Biz heç vaxt satqın olmamışıq və olmayacağıq. Amma öz mövqeyimizi açıq bildiririk”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm