• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ermənistanda ara qarışdı: yaralılar var – FOTO, VİDEO (YENİLƏNİB)

  • Dünya
  • 16 Yanvar 2015 00:38
  • 1 194 Baxış
Ermənistanda ara qarışdı: yaralılar var – FOTO, VİDEO (YENİLƏNİB)

Ermənistanda bir ailəni məhv edən Rusiya hərbçisinin Moskvada mühakimə ediləcəyinə etiraz olaraq Gümrü şəhər prokurorluğunun və Ruiya konsulluğunun qarşısında keçirilən aksiyada qarşıdurma yaranıb.

Publika.az xəbər verir ki, polislərlə etirazçılar arasında toqquşma baş verib. Etirazçılara qarşı gözyaşardığcı qazdan, səs və işıq bombalarından istifadə olunur. Polis əməkdaşları konsulluğun binasını mühasirəyəy alaraq etirazçıların ora soxulmasının qarşısını almağa çalışırlar. Qarşıdurma zamanı xəsarət alanlar olsa da, onların sayı haqqında dəqiq məlumat verilmir. Qeyri-rəsmi məlumatlara görə, toqquşmalar zamanı 12 nəfər yaralanıb. Onların arasında polis işçilərinin də olduğu bildirlir.

2015-01-16 00:37:00

Axar.az xəbər verir ki, hazırda mitinq davam edir, polislə toqquşma yenidən qızışıb. Atəş səsi eşidilir. Hadisə yerində olan jurnalistlər bununla mitinqçilərə xəbərdarlıq edildiyini bildiriblər.

Mitinqə çıxan şəxslər isə dağılışmaq fikrində deyillər...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR