Dünya
Müsəlmanları təhqir edən media patronu geri addım atdı
Parisdəki terror aktlarından sonra müsəlmanları təhqir edən avstraliyalı media patronu Rupert Murdok geri addım atıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, böyüklüyünə görə dünyanın ikinci media qruplaşması olan “News Corporation"ın sahibi Paris hücumları üçün bütün müsəlmanları günahkar hesab etmədiyini bildirib.
“Cihadçıların öldürdüyü on minlərlə müsəlman var. Milyonlarla müsəlman da onlara qarşı döyüşür. Amma bu təhlükənin üstünə getmək bütün dinlərin təmsilçiləri üçün əhəmiyyətlidir”, - 83 yaşlı Murdok “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, Murdok ötən həftənin sonunda “Twitter”də “bəlkə, müsəlmanların böyük bir hissəsi sülhsevərdir, ancaq onlar aralarında böyüyən cihadçı xərçəngi yox edənə kimi baş verənlərə görə günahkar hesab edilməlidir” yazmışdı.
Ömər Dağlı
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO