Rusiyanın Donbasdakı hərbi texnikasının sayı açıqlandı – Şok rəqəmlər
Bizi izləyin

Dünya

Rusiyanın Donbasdakı hərbi texnikasının sayı açıqlandı – Şok rəqəmlər

Donbas hövzəsində Rusiya-terror qoşunlarının silahlanmasına 542 tank və 4 “Toçka-U” taktiki raket kompleksi daxildir.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov parlamentdə çıxış zamanı bildirib.

“Rusiya-terror qoşunlarının silahlanmasına 542 tank, 990 zirehli maşın, 694 artilleriya sistemi, 57 zenit-raket kompleksi və 4 “Toçka-U” taktiki raket kompleksi daxildir. Donbas hövzəsinin işğal edilmiş hissəsində 36 mindən çox döyüşçü var. Onlardan 8 min 500-ü Rusiya Federasiyasının nizami qoşununun hərbi qulluqçularıdır”, - o, vurğulayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri qeyd edib ki, hazırda Ukrayna-Rusiya sərhədində əhəmiyyətli hücum potensialı olan təxminən 52 min Rusiya hərbçisi yerləşib. Məlumata görə, Ukrayna sərhədində 300-dən yuxarı tank, 1800 zirehli maşın, 750 artilleriya və yaylım atəş sistemi, 360-a qədər döyüş təyyarəsi və zərbə vertolyotu döyüş vəziyyətindədir.

Bundan əvvəl isə Aleksandr Turçinov tammiqyaslı müharibənin başlanmasını istisna etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm