Uşağı uçuruma yuvarlanmaqdan balıqçı xilas etdi – VİDEO
Bizi izləyin

Dünya

Uşağı uçuruma yuvarlanmaqdan balıqçı xilas etdi – VİDEO

Türkiyənin Muğla vilayətinin Bodrum mahalında 2 yaş yarımlıq uşaq son anda ölümdən xilas olunub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, anasının diqqətsizliyi ucbatından yoxuş aşağı hərəkətlənən uşaq arabasındakı Ali Ceyhan yaxınlıqdakı bir balıqçı tərəfindən xilas edilib.

Balıqçı uçurumun kənarına 10 metr qalmış arabanı saxlayıb. Uşaq isə arabanın kəməri taxılmadığı üçün 3 metr irəli atılıb. Amma o, heç bir zədə almayıb.

Hadisə balıqçının mağazasındakı təhlükəsizlik kamerasından qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm