10 yaşlı uşağa edam təlimi keçən İŞİD üzvü öldürüldü - VİDEO
Bizi izləyin

Dünya

10 yaşlı uşağa edam təlimi keçən İŞİD üzvü öldürüldü - VİDEO

10 yaşlı uşağa edam təlimi keçən İŞİD üzvü Kobanidə öldürüldü.

Publika.az xəbər verir ki, ötən gün axşam saatlarında İŞİD-ə yaxın sosial mediada yayılan məlumatlara görə, Əbu Saad Dağıstani adlı döyüşçünün Kobanidə öldürüldüyü bildirilib.

Digər tərəfdən ABŞ Mərkəzi Ordu Qərargahı koalisiya qüvvələrinin Kobanidə İŞİD mövqelərinə 6 hava hücümü endirdiyi haqqında xəbər yayıb. Hücum zamanı İŞİD-in 8 mövqeyinin və bir zirehli texnikasının məhv edildiyi qeyd edilib.

Qeyd edək ki, IŞİD-in ötən gün yaydığı videoda 10 yaşlı bir uşağın rus kəşfiyyatının üzvü olduğu güman edilən şəxsləri güllələdiyi görünürdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm