“Şəklini çəkib, bizə göstərin” - ermənilər rus qatilin qaçırıldığından şübhələnirlər
Bizi izləyin

Dünya

“Şəklini çəkib, bizə göstərin” - ermənilər rus qatilin qaçırıldığından şübhələnirlər

Dünən Gümrüdə keçirilən etiraz aksiyasının iştirakçıları 6 ermənini öldürən Rusiya hərbçisi Valeri Permyakovun Ermənistanda olmasına şübhə edirlər.

Publika.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Rusiya hərbçisinin videoya çəkilməsini və onlara göstərilməsini tələb ediblər. Ermənilər Valeri Permyakovun Rusiyaya aparıldığını güman edirlər.

Amma “Çiçəklənən Ermənistan” Partiyasından olan deputatı Martun Qriqoryan isə Şirak vilayət prokurorluğunun binası qarşısında toplaşan sakinlərə 102 saylı hərbi bazadan qayıtdığını bildirib: “Şübhələnmək lazım deyil. Bizə kameraya daxil olmağa icazə verdilər. Biz onu öz gözlərimizlə gördük”.

Qeyd edək ki, aksiya iştirakçıları Valeri Permyakovun Ermənistanda mühakimə olunmasını tələb edirlər. Rusiya tərəfi isə Valeri Permyakovun Rusiya Federasiyasının vətəndaşı olduğunu erməni tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsi hərbçinin Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsini qadağan edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm