Dünya
Məşhur aparıcı süd vəzi xərçənginə tutuldu
Süd vəzi xərçəngi günümüzdə ən çox yayılmış xərçəng növlərindən biridir. Lakin bu növ xərçəngin müsbət tərəfi xəstələrin yaşamaq şansının nisbətən çox olmasıdır.
Lakin süd vəzilərinin əməliyyat edilməsi qadınlarda psixoloji baxımdan travmaya səbəb olur. Publika.az-ın məlumatına görə, BBC televiziyasının aparıcısı 27 yaşlı Klaria Hermet də bu xəstəliyə tutulub və o əməliyyat edilməlidir.
Anası və bacısını bu xəstəlikdən itirən Klaria Hermet əməliyyatdan 6 gün əvvəl xüsusi bir parti keçirib. Həmin gecəyə xəstəxana həkimlərini, onun əməliyyatında iştirak edəcək tibb bacılarını dəvət edib. Bütün günü rəqs edən K.Hermet qonaqlara süd vəzi şəklində şirniyyatlar paylayıb.
Hermet hələ 9 yaşı olanda anası və bacısı bu xəstəlikdən öldükdən sonra uzun müddət depressiyada olub. Bir neçə il sonra özünün də 85% xərçəng geni daşıyıcısı olduğunu öyrənib:
“Həkim mənə gen daşıyıcısı olduğumu deyəndə sanki mədəmə bir yumruq vurdular. Ağlaya-ağlaya xəstəxanadan çıxdım. Daha sonra əməliyyat olunmaq məcburiyyətində olduğumu öyrəndim. Amma çox gənc idim, hələ 19 yaşım var idi. Düşünürdüm ki, məni çox sevəcək kişi qarşıma çıxsa, o zaman özümü güclü hiss edə bilərəm. Bununla da o, əməliyyatdan sonra da məni tərk etməyəcəkdi”.
Artıq Hermet 27 yaşındadır və mütləq əməliyyat olunmalıdır. Amma onun əməliyyatdan əvvəlki davranışı bütün süd vəzi xərçəngi olan qadınlar üçün bir örnəkdir.
Qeyd edək ki, mastektomiya əməliyyatı BRCA1 adı verilən genin daşıyıcısı və yaşamaq şansı yüksək olan xəstələr üzərində aparılır. Ailəsində süd vəzi xərçəngi daha çox aşkarlanan qadınlarda müayinədən sonra risk aşkarlanarsa, mastektomiya edilir. İki süd vəzi də əməliyyat ediləndən sonra silikon qoyulur.
Gülxar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!