İrəvan rus qatili Moskvaya “hədiyyə” edib – Putinin agentliyindən İDDİA
Bizi izləyin

Dünya

İrəvan rus qatili Moskvaya “hədiyyə” edib – Putinin agentliyindən İDDİA

Kremlin siyasətini təbliğ edən Rusiyanın “Ekspert” agentliyi Gümrü şəhərində 6 ermənini öldürən rus hərbçi Valeri Permyakovla bağlı şok iddia irəli sürüb.

Publika.az xəbər verir ki, Ermənistan hakimiyyətinin özü Rusiya hərbçisini mühakimə etməkdən imtina edib.

Agentliyin yazdığına görə, Permyakovu Ermənistanın hüquq-mühafizə orqanları saxlayıb və onu Türkiyə-Ermənistan sərhədini mühafizə edən rus sərhədçilərinə verib. “Sonrakı məntiq isə bundan ibarətdir ki, Permyakov Rusiyanın hərbi bazasına aparılmalı idi”.

Agentlik Permyakovun “dəli” kimi təqdim ediləcəyini və onun psixoloji müalicəyə göndəriləcəyini istisna etmir: “Reallıq bundan ibarətdir ki, əgər Kreml hansısa bir səbəbdən qatili ədalətdən xilas etməyə qərar verəcəksə, o halda cinayət işini hansı tərəfin aparmasının fərqi yoxdur. Görünür, hər şey danışılıb və hadisələrin gedişatı da bunu təsdiq edir. Rusiya tərəfi Permyakovu erməni tərəfinə verməyə hazırlaşmır və erməni hüquq-mühafizə orqanlarına da bunun düzgün olduğunu söyləmək tapşırılıb. Bunu erməni tərəfinin aydın olmayan bəyanatları və davranışlarından da görmək mümkündür. Ermənistan araşdırmanı faktiki olaraq isti izlərlə aparmaq imkanlarından məhrum edilib. Halbuki, bu əhəmiyyətli amildir”.

Qeyd edək ki, ötən iki gün İrəvan və Rusiya bazasının yerləşdiyi Gümrüdə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları Valeri Permyakovun Ermənistanda mühakimə olunmasını tələb ediblər. Rusiya tərəfi isə Valeri Permyakovun Rusiya Federasiyasının vətəndaşı olduğunu erməni tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsi hərbçinin Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsini qadağan edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm