Gümrü qiyamı və rəsmi İrəvanın cavab verməli olduğu 4 sual
Bizi izləyin

Dünya

Gümrü qiyamı və rəsmi İrəvanın cavab verməli olduğu 4 sual

“Xalq hələ bəzi suallara cavab almayıb. Ona görə də yalnız Gümrüdə deyil, digər şəhərlərdə də yeni etiraz aksiyaları gözləmək olar”.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir proqnozla Ermənistanın “Aykakan Jamanak” qəzeti çıxış edib.

Qəzet yazır ki, hakimiyyət Gümrüdə baş vermiş hadisə ilə bağlı Ermənistan vətəndaşlarının ona ünvanlandığı suallara hər hansı oyunbazlıq və hiylələr olmadan konkret cavablar verməlidir. Həmin suallar isə aşağıdakılardır:

1. Ermənistan hakimiyyəti Ermənistanın qanunvericiliyində nəzərdə tutulmuş müddəalar əsasında Valeri Permyakovu həbs etmək, ona ittihamlar irəli sürmək və Ermənistan qanunları üzrə mühakimə etmək üçün addımlar atmağa təşəbbüs edirmi?

2. Şübhəli barəsində bütün məlumatların olmasına baxmayaraq, polislər Permyakovu 12 saat müddət ərzində niyə saxlaya bilməyiblər?

3. Permyakovun hərbi hissədən qaçması haqqında siqnal niyə polisə daxil olmayıb?

4.Rusiya hərbi bazasının hərbi qulluqçuları hansı hüquqla Gümrü şəhərinin küçələrini avtomat silahlarla gəzirlər?

Bu arada isə məlum olub ki, Ermənistanın baş naziri Ovik Abramyan və “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan Ermənistan Təhlükəsizlik Şurasının dünən keçirilən iclasına dəvət edilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm