Girov qızlar azad edildi – FOTO
Bizi izləyin

Dünya

Girov qızlar azad edildi – FOTO

Suriyada 5 ay öncə girov götürülmüş iki italiyalı humanitar işçi qadınlar azad edilib.

Publika.az xəbər verir ki, dərhal İtaliyaya yola salınan 20 yaşlı Greta Ramelli və 21 yaşlı Vanessa Marzullonu hava limanında İtaliyanın xarici işlər naziri Paolo Gentiloni qarşılayıb.

Qadınların hansı şəraitdə azad edilməsi barədə məlumat yoxdur.

Onlar 2014-cü ilin iyulundan bəri Aleppo kəndində humanitar layihələr həyata keçirirdi.

Qadınlar Türkiyədən Romaya yola salınıb.

Onlar anti-terror prokuroru ilə görüşməzdən əvvəl tibbi müayinə üçün xəstəxanaya aparılıb.

İki həftə öncə azad edilən girovlar barədə görüntülərdə deyilir ki, onlar al-Qaedanın Suriyadakı şöbəsi olan al-Nusra tərəfindən saxlanılıb.

"Biz böyük təhlükədəyik və öldürülə bilərik", ingiliscə danışan qadın deyib.

"Həyatımıza görə hökümət və onun hərbçiləri cavabdehdir".

İtaliyanın Xarici İşlər Nazirliyi qadınların hansı şəraitdə azad edilməsi barədə detalları verməsə də, onların "İtaliya hökümətinin intensiv işi" sayəsində buraxıldığını deyib.

BBC-nin Romadakı müxbiri Gillian Hazel deyir ki, gənclərin 15 milyon dollar qarşılığında buraxıldığı barədə şaiyələr yayılıb.

İtaliya bundan əvvəl də girovlara görə pul ödəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm