Dünya
Obama və Kameron Rusiya ilə bağlı razılığa gəldilər
ABŞ prezidenti Barak Obama və Böyük Britaniya baş naziri Deyvid Kameron kiber-təhlükəsizlik də daxil olmaqla, iki ölkənin üzləşdiyi bir neçə önəmli məsələ barədə əməkdaşlığı artıracaqlarına söz veriblər.
Publika.az-ın məlumatına görə, Kameronla birgə mətbuat konfransında prezident Obama bildirib ki, kiber məkanda təhdidlər artması bu qərarın verilməsinə səbəb olub və qərar hər iki ölkənin mühüm infrastrukturlarının, bizneslərinin və insanlarının qorunması məqsədi daşıyır.
Prezident Obama və baş nazir Kameron habelə razılaşıblar ki, Ukraynadakı fəaliyyətlərinə görə, Rusiyaya daha ağır sanksiyalar qoyulmasına ehtiyac var. Hər iki lider Ukraynanı dəstəkləyəcəklərinə söz veriblər.
Müzakirə mövzusu olan digər başlıca məsələ İran olub. Kameron deyib ki, həm ABŞ, həm də Britaniya İranın nüvə silahı istehsal edə bilməsinin qarşısını almaq üçün tam məsuliyyətli olduqlarını dərk edir.
Liderlər həmçinin Ebola, iqlim dəyişikliyi və iqtisadiyyat məsələlərini müzakirə edib.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı