Qız üstündə düşən dava 15 nəfəri xəstəxanalıq etdi – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Qız üstündə düşən dava 15 nəfəri xəstəxanalıq etdi – FOTOLAR/VİDEO

Moskvada yerləşən striptiz klublarının birində kütləvi dava düşüb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, iki banda üzvləri arasında baş verən striptiz-klubdakı dava və atışma qız üstündə olub.

Banda üzvlərindən biri səhnəyə çıxaraq striptiz rəqqsasi ilə rəqs edən zaman digər bir bandanın üzvü onun üstünə hücum çəkərək həmin şəxs onun qarnına atəş açıb.

Nəticədə, hər iki dəstə mübahisəyə qarışaraq, klubun altını əməlli-başlı üstünə çevirib. Klubda istirahət edən insanlar göydə uçan stol, stul və metal əşyaların əlindən çölə qaçmalı olublar.

Klubun daimi müştərisi deyib: “Bu, sadəcə, dəhşət idi. Neçə illərdir ki, kluba gəlirəm, lakin indiyədək belə hadisənin şahidi olmamışam. Klubdakı atmosfer kovboylar arasında gedən “Vəhşi Qərb” davalarını xatırladırdı”.

Verilən məlumata görə, davada 15 kişi iştirak edib. Klubun sahibi deyib: “Kluba gələn banda üzvlərinin birinin yanında qız vardı. Həmin qız striptiz rəqqasələrindən öncə özü səhnəyə çıxaraq rəqs etməyə başladı. Başqa bir bandanın üzvü isə bunu görərək onunla rəqs etmək üçün səhnəyə qalxdı. Birinci banda bunu özünə qarşı təhqir hesab etdiyi üçün dava saldı”.

Hadisə yerinə gələn təcili tibbi yardım xidməti yaralıları xəstəxanaya aparıb. İnsident nəticəsində ölən olmayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm