İsveçrədə "cümə axşamı"
Bizi izləyin

Dünya

İsveçrədə "cümə axşamı"

2015-ci ilin 15 yanvar günü İsveçrə frankının və ümumiyyətlə İsveçrə iqtisadiyyatının tarixinə “qara cümə axşamı” kimi düşəcək.

Həmin gün cəmi bir necə dəqiqə ərzində Alp respublikasının pul vahidinin avro və ABŞ dolları ilə müqayisədə məzənnəsi təxminən 25 faiz artıb. “Alman dalğası” nəşri yazır: “Bugünkü Rusiyada milli valyutanın bu dərəcədə güclü revalvasiyası sevinc doğurardı, lakin İsveçrənin spesifikası ondan ibarətdir ki, burada bu hadisə fəlakət əlaməti kimi qəbul edilib”.

Həqiqətən, Sürix birjasında SMİ fond indeksinin qiyməti bu indeksin mövcud olduğu müddətdə ilk dəfə bir hərracın gedişində 14 faiz azalıb. Ölkənin ən iri şirkətlərindən biri olan “Swatch” saat konserninin rəhbəri Nik Hayek isə bu hadisəni sunami ilə müqayisə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm