Müsəlmanlar Avropa üçün təhlükədir - Obamadan gözlənilməz açıqlama
Bizi izləyin

Dünya

Müsəlmanlar Avropa üçün təhlükədir - Obamadan gözlənilməz açıqlama

ABŞ prezidenti Barak Obama Avropaya ən böyük təhllükənin müsəlmanlardan gəldiyini iddia edib.

O, Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı Avropada müsəlmanların cəmiyyətə inteqrasiya olunması prosesinin səviyyəsindən narazı olduğunu dilə gətirib.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Foreign Policy" nəşri məlumat yayıb.

“ABŞ-ın ən böyük üstünlüyü ondan ibarətdir ki, bizim müsəlman əhalimiz özünü amerikalı hiss edir. Avropanın bəzi hissələrində belə hal yoxdur. Və bu, bəlkə də, Avropa üçün ən böyük təhlükədir”, deyə ABŞ prezidenti qeyd edib.

Fransa, Belçika və Almaniyada ehtimal olunan silahlıların həbsini şərh edən Barak Obama vurğulayıb ki, Avropa ölkələri bu problemi yalnız güc vasitəsi ilə həll etməməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm