Dünya
Putin Sərkisyanla Gümrü qətlini müzakirə etdi
Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanı əmin edib ki, Gümrüdə baş verən faciənin istintaqı qısa müddətdə başa çatdırılacaq və günahkarlar cəzalandırılacaq.
APA-nın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskov bildirib.
Rusiya prezidenti telefon söhbətində ölənlərin yaxınlarına,
həmçinin bütün erməni xalqına bir daha başsağlığı verib.
D. Peskov əlavə edib ki, V. Putin Rusiyanın insident zamanı ağır
bədən xəsarətləri almış altı aylıq Sergey Avetistyanın müalicəsinə
hər cür yardım etməyə hazır olduğunu da bildirib.
“Lazım gələrsə, Rusiya balaca Sergeyin Moskvaya müalicəyə
aparılması üçün Ermənistana tibbi təyyarə göndərməyə də hazırdır”,
- deyə D. Peskov qeyd edib.
Putin və Sarkisyan telefon söhbətində Rysiya-Ermənistan
münasibətlərini də müzakirə ediblər.
Qeyd edək ki, Rusiyanın Gümrüdə yerləşən 1-2-ci bazasının hərbi
qulluqçusu Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib, 6
aylıq uşağa isə xəsarətlər yetirib.
Bu hadisə Ermənistanda kəskin narazılığa səbəb olub.
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi