Braziliya və Hollandiya İndoneziyadakı səfirini geri çağırdı
Bizi izləyin

Dünya

Braziliya və Hollandiya İndoneziyadakı səfirini geri çağırdı

Braziliya və Hollandiya 5-i xarici vətəndaş olmaqla, 6 nəfərin edamına etiraz olaraq Indoneziyadakı səfirlərini geri cağırıb.

Publika.az xəbər verir ki, narkotik qaçaqmalçılığında ittiham edilən şəxlər Mərkəzi Yava vilayətində bu gün gecə güllələnib.

İndoneziyanın baş prokurorluğu hökumətin qaçaqmalçılar, cinayətkarlar və narkotik sindikatlarına güzəştə getməyəcəyini bəyan edib.

Hollandiyanın xarici işlər naziri Bert Koenders edamları qeyri-insani əməl adlandıraraq, bunun insan ləyaqətinə zidd olduğunu bildirib.

Braziliya hökumətinin bəyanatında edamların iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi deyilir.

Amnesty International bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib.

İndoneziya prezidenti Joko Uidodo əfv çağırışlarını rədd edib.

İndoneziya ölüm cəzasını 2013-cü ildə bərpa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm