Fransa terrorçuları adsız məzarda dəfn olundu
Bizi izləyin

Dünya

Fransa terrorçuları adsız məzarda dəfn olundu

Fransada satirik jurnal Charlie Hebdo-nun ofisinə silahlı hücum edən qardaşlardan biri, Şerif Kouaşi adsız məzarda dəfn olunub.

Publika.az-ın məlumatına görə, Kouaşi Parisin Gennevilliers qəsəbəsindəki qəbristanlıqda basdırılıb. Onun qardaşı və cinayət yoldaşı Said Kouaşi cümə günü axşam saatlarında, şərqdəki Reims şəhərində dəfn olunub.

Məzarların cihadçıların ziyarətgahına çevrilməsinin qabağını almaq üçün hər iki qardaşın məzarına ad yazılmayıb.

Gennevilliers meriyasının AFP agentliyinə verdiyi məlumatına görə, dəfn mərasimində qohumlar iştirak etməyib.

Kouaşi qardaşları Parisdə yanvarın 7-də satirik Charlie Hebdo jurnalına hücum edərək 12 adamı öldürüb. İki gün sonra isə polis onları məhv edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm