Cenevrədə İranın nüvə proqramı müzakirə olunur
Bizi izləyin

Dünya

Cenevrədə İranın nüvə proqramı müzakirə olunur

Cenevrədə "6-lar"ın növbəti görüşü başlayıb.

Publika.az-ın məlumatına görə, ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya İranın mübahisəli nüvə proqramını müzakirə edirlər.

Daha sonra onlar İran nümayəndə heyəti ilə də görüşəcəklər.

İranın xarici işlər nazirinin müavini Abbas Araqchi deyib ki, hələ ki, əsas məsələlər üzrə konkret razılaşma əldə edilməyib.

Qərb ölkələri İranın nüvə silahı yaratmağa çalışdığını düşünür. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm