Donetskdə döyüşlər gedir - VİDEO, FOTO
Bizi izləyin

Dünya

Donetskdə döyüşlər gedir - VİDEO, FOTO

Ukrayna anti-terror qüvvələrinin ağır artilleriyadan Donetski vurması və separatçılarla apardığı müharibənin miqyası genişlənib.

Axar.az Ria.ru-ya istinadla xəbər verir ki, yerli sakinlər şahidi olduqları faktları foto və video-görüntülərlə sosial şəbəkədə paylaşırlar. Onların bildirdiyinə görə, hətta münaqişənin ən gərgin vaxtı sayılan avqust ayında belə bu cür dəhşətli atışmalar olmamışdı.

Foto və video-görüntülərdə Donetsk və Qorlovkanın binalarında ağır çaplı silahların dağıntıları aydın görünür. Sakinlərin verdiyi məlumata görə, artıq yanvarın 21-ə qədər məktəblərdə tətil elan edilib.

Xatırladaq ki, Putinin az öncə atəşkəsə əməl edilməsi, tərəflərin Minsk razılaşmasına uyğun mövqelərə çəkilməsi, ağır artilleriyanın təmas xəttindən uzaqlaşdırılması və ATƏT-lə birgə müzakirələrin aparılması çağırışına Ukrayna Prezidenti Poroşenko cavab verməyib.

Qarşıdurmada hərbi itkilər açıqlanmayıb, amma dinc sakinlər içərisində 7 nəfərin öldüyü, 30-dan çox insanın xəsarət aldığı bildirilir.

Ukrayna mediası isə ATO-ya istinadla separatçıların “Qrad” qurğularından istifadə etdiklərini, Donetsk aeroportu istiqamətində şiddətli atışmalar getdiyini yazıb.

Bildirilir ki, 63 istiqamətdə atəşkəsi pozan separatçılar reaktiv sistemdən zərbələr endirir və yerli əhali də bu zərbələrdən əziyyət çəkir.

Ukrayna mediası itkilər haqqında məlumat verməyib. Yalnız vəziyyətin həddən artıq gərgin olduğu, döyüşlər getdiyi açıqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm