İmkanlı şəxslərdən toplanan verginin həcmi artırılacaq
Bizi izləyin

Dünya

İmkanlı şəxslərdən toplanan verginin həcmi artırılacaq

ABŞ prezidenti Barack Obama imkanlı amerikalılardan toplanan verginin həcmini artırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, o, bu təklifi yanvarın 20-də Konqresə ünvanlayacağı ənənəvi "Ölkədəki vəziyyət haqda" müraciətində səsləndirəcək.

İnformasiya agentlikləri Ağ evdəki mənbələrə istinadla xəbər verirlər ki, Obama illik gəliri 500 min dollardan yüksək olan ailələrdən alınan vergini 28 faizə qaldırmağı təklif edəcək.

Prezidentin yeni təklifləri arasında kibertəhlükəsizliyin gücləndirilməsi, bəzi kateqoriyadan olan tələbələrin kollec haqqından azad edilməsi və s. də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm