Belçikada yəhudi məktəblərini ordu qoruyacaq
Bizi izləyin

Dünya

Belçikada yəhudi məktəblərini ordu qoruyacaq

Belçikanın Brüssel və Antverpen şəhərlərində yəhudi məktəblərini və sinaqoqları ordunun xüsusi elit bölmələri qoruyacaq.

Publika.az xəbər verir ki, rəsmilər bunu terror təhlükəsinin artması ilə izah edirlər.

İndi Belçika üzrə anti-terror əməliyyatları keçirilir. Parisdəki terrora bənzər hücumlar hazırladığı deyilən iki şəxs öldürülüb.

Fransa paytaxtında Məhəmməd peyğəmbərin karikaturasını çap etmiş "Charlie Hebdo" jurnalına və yəhudiyə məxsus dükana hücumdan sonra Avropa ölkələrində yeni terror dalğasının önlənməsi üçün tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm