• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

300 nəfəri qətlə yetirən killer kino üçün ssenari yazacaq - FOTOLAR

  • Dünya
  • 19 Yanvar 2015 11:20
  • 922 Baxış
300 nəfəri qətlə yetirən killer kino üçün ssenari yazacaq - FOTOLAR

Medelyin karteli dünyanın ən qorxunc və qüdrətli mafiyaları sırasında ön yerlərdən birini tutur.

Kartel 1976-cı ildə bir neçə narkobaronun iştirakı ilə yaradılıb. Qurum əsasən narkotik ticarəti, adam oğurluğu və quldurluqla məşğul olurdu. Uzun illər kartelə məşhur narkobaron Pablo Eskobar rəhbərlik etdi.

Tezliklə, Medelyin karteli nəinki Kolumbiyanı, qonşu ölkələr olan Perunu, Hondurası, Boliviyanı, hətta uzaq Kanada və Amerika Birləşmiş Ştatlarını öz nüfuz dairəsinə saldı. ABŞ Pablo Eskobarı dövlətin düşməni elan etsə də, onu təkbaşına məhv etməyə gücü çatmadı.

Eskobarı məhv etmək üçün Amerika hökuməti başqa bir narkomafiya və Kali karteli ilə danışıqlara getdi.

Pablo Eskobar 1993-cü il dekabrın 2-də xüsusi təyinatlılarla atışmada öldürüldü.

Pablo Eskobardan sonra onun yaxın adamı Con Xayro Velaskes həbs olundu. O, Popay ləqəbilə məşhur idi. Popay qüdrətli narkobaronun şəxsi killeri idi. Eskobar rəqiblərini məhz ona öldürtdürürdü. Soyuqqanlılığı və peşəkarlığı ilə fərqlənən Popay 300-ə qədər şəxsi qətlə yetirib.

O hətta Kolumbiya prezidentliyinə namizəd olan Luis Karlos Qalanı da seçki marafonu zamanı, 1989-cu ildə öldürmüşdü.

Həbs edildikdən sonra istintaq Velaskesin yalnız Karlos Qalanı öldürdüyünü sübuta yetirə bildi. Popay etiraf etdi ki, qətli Pablo Eskobarın yaxın dostu, prezidentliyə digər namizəd Alberto Sonafimio sifariş vermişdi.

Nəticədə, Con Xayro Velaskes 30 illik həbs cəzası aldı. Lakin ötən il yayda, vaxtından 4 il əvvəl azadlığa buraxıldı. Popay həbsxanada özünü nümunəvi aparmışdı.

Azadlığa çıxan Popay Kolumbiyada rahat yaşaya bilmir. Keçmişdə bir yerdə olduğu mafiya üzvlərinin qisasından qorxur.

İndi isə məlum olub ki, məşhur killer ABŞ-a mühacirət etməyə hazırlaşır. O, Hollivuda gedərək kinoşirkətlərə avtobioqrafik ssenari verməyə hazırlaşır.

Popay törətdiyi cinayətlərdən peşman olduğunu deyib. Lakin o, Eskobar haqda indi də hörmətlə danışır.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR