Tiflisdən Rusiyaya qarşı vuruşan gürcülərə “yaşıl işıq”
Bizi izləyin

Dünya

Tiflisdən Rusiyaya qarşı vuruşan gürcülərə “yaşıl işıq”

Ukraynanın Donbas hövzəsində terrorçulara qarşı vuruşan Gürcüstan vətəndaşları cəzalandırılmayacaq.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Yeni qanunvericiliyə əsasən, xaricdə qanunsuz silahlı birləşmələrdə təmsil olunan Gürcüstan vətəndaşları 10 ildən 15 ilə qədər azadlıqdan məhrum ediləcəklər. Hazırda Donbas hövzəsində könüllü batalyonların sıralarında Gürcüstanın onlarla vətəndaşı vuruşur. Onlar iddia edir ki, Rusiyaya qarşı yalnız Ukrayna üçün deyil, həm də Gürcüstan üçün vuruşurlar.

Eyni zamanda separatçıların tərəfində Abxaziya və Cənubi Osetiyanın sakinləri də döyüşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm