Bakıda “avtoş“ yol polisini döydü
Bizi izləyin

Dünya

Bakıda “avtoş“ yol polisini döydü

Bakıda “avtoş” yol polisini yaralayıb.

Yasamal rayonu ərazisində yol polisi Orxan Həsənovu idarə etdiyi 90 SF 036 dövlət nömrə nişanlı BMW markalı avtomobillə avtoxuliqanlıq etdiyinə görə saxlayıb. Maşından düşən sürücü yol patrul xidmətinin əməkdaşı Gülhüseyn Ağayevə hücum edərək xəsarət yetirib.

Faktla bağlı toplanmış materiallar Yasamal Rayon Prokurorluğuna göndərilib. Prokurorluqdan bildirilib ki, hazırda araşdırma aparılır. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm