Siyasi analitik: “Rusiyanın “sülh” təklifləri alçaq taktikadır”
Bizi izləyin

Dünya

Siyasi analitik: “Rusiyanın “sülh” təklifləri alçaq taktikadır”

“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Donbas hövzəsində toqquşma xəttindən artilleriyanın çəkilməsi planı Moskvanın seçdiyi alçaq taktikanın elementidir”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə siyasi analitik Oleq Dyaçok “Facebook” səhifəsində yazıb.

“Moskva hücumdan əvvəl hansısa bir planı yollayır. Özü də icrası mümkün olmayan şərtlərlə. Bu plan xüsusi xidmət orqanlarının adi taktikasıdır. Əgər Rusiyanın hücumu müvəffəqiyyətlə başa çatarsa, o halda vəziyyət onun istədiyi şərtlərlə dondurulur. Bu plan keçmiş, yoxlanılmış və ən alçaq taktikadır”, - Oleq Dyaçok bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm