• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Paytaxt uğrunda döyüş başladı, prezidentdən xəbər yoxdur

  • Dünya
  • 19 Yanvar 2015 13:46
  • 870 Baxış
Paytaxt uğrunda döyüş başladı, prezidentdən xəbər yoxdur

Yəmənin paytaxtı Sana şəhərində ordu bölmələri və Huti tayfasından olan şiə qruplaşmalar arasında döyüş başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” informasiya agentliyi bildirib.

Şahidlərin məlumatına görə, prezident sarayının olduğu ərazidən sıx qara tüstü buludu qalxır, böyük kalibrli pulemyotlar və minaatanların atəş səsləri eşidilir. Yəmən prezidenti Abdurabbih Mənsur Hadinin yeri məlum deyil. Sakinlər döyüş zonasını tərk edirlər. Toqquşmalar haqqında dövlət KİV-ində heç bir məlumat yoxdur, Yəmən televiziyasında isə konsert proqramı gedir.

Şiə qruplaşmaları bildirir ki, ordu birləşmələri onları atəşə tutub. Hərbçilər isə qeyd edir ki, hutilər onları təxribata çəkib.

Qeyd edək ki, ölkə hakimiyyəti hutilərin İran tərəfindən dəstəkləndiyini iddia edir. Üsyançılar ötən ilin sentyabrında paytaxtın çox hissəsini tutublar. Tərəflər arasında irimiqyaslı döyüşlər olmasa da, qarşıdurmalar fasilələrlə davam edir. İki gün əvvəl isə Yəmən prezident administrasiyasının başçısı Əhməd Avad Ben Mübarək oğurlanıb. O, dövlət başçısına yeni konstitusiyanın layihəsini təqdim etməli idi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR