Ukrayna ordusu bir gündə 200 hərbçi itirib – İDDİA
Bizi izləyin

Dünya

Ukrayna ordusu bir gündə 200 hərbçi itirib – İDDİA

Donbas hövzəsində son bir gün ərzində gedən döyüşlərdə Ukrayna ordusu 200 hərbçisini itirib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın “qoşun qərargahı”ndan bildirilib.

Xəbərdə separatçıların itkisinin isə 8 nəfər olduğu deyilir.

Hazırda ən şiddətli döyüşlər Donetsk aeroportu ərazisində gedir. Dünən “Donetsk Xalq Respublikası”nın “dövlət başçısı” bildirib ki, Ukrayna tərəfinin aeroportu qaytarmaq və məğlubiyyət üçün qisas almaq cəhdi uğursuzluğa uğrayıb. Onun sözlərinə görə, aeroportun 95 faizi onların əlindədir.

Ukrayna tərəfi isə iddiaları rədd edir. Ukrayna prezidentinin məsləhətçisi və müdafiə nazirinin köməkçisi Yuri Biryukov “Facebook” səhifəsində yazıb ki, “kiborqlar” qəhrəmancasına müdafiə olunur və aeroport ərazinin təmizlənməsi məqsədi ilə aktiv addımlar atır. O, separatçılar arasında təlaş və fərariliyin artdığını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm