Dünya
Separatçıların lideri oğurlandı
“Donetsk Xalq Respublikası” separatçı qurumdakı “Novorossiya” partiyasının lideri, keçmiş “xalq qubernatoru” Pavel Qubaryov yoxa çıxıb.
Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, siyasətçinin mətbuat xidmətindən onun oğurlandığı bildirilib.
Daha əvvəl isə sosial şəbəkələrdə informasiya çıxıb ki, Pavel Qubaryov hansısa naməlum döyüşçülər tərəfindən tutulub. İddiaya görə, silahlı maskalı şəxslər onun qərargahına zorla daxil olub və siyasətçini naməlum istiqamətə aparıblar.
Xatırladaq ki, bir neçə ay əvvəl Qubaryova sui-qəsd edilib. Avtomobili “Donetsk Xalq Respublikası”nın ərazisində atəşə tutulsa da siyasətçi sağ qala bilib. Ötən ilin iyul ayında isə Donetsk vilayətinin dövlət administrasiyasında Qubaryovun kabineti qumbaraatandan atəşə tutulub.
Ömər Dağlı
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı