Dünya
Politoloq: “Bu, Putinin siyasi məğlubiyyəti olacaq”
“Donbas hövzəsində müharibənin dayandırılması Putin üçün şəxsi məğlubiyyət olacaq”.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə siyasi ekspert Yevgeni Maqda bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın şərqində hərbi əməliyyatları yeniləməklə separatçılar üçün vəziyyəti yaxşılaşdırmağa çalışır: “Rusiya separatçılar üçün vəziyyəti yaxşılaşdırmaq, daha sonra isə Kiyevi Minsk razılaşmalarını yenidən gözdən keçirməyə məcbur etmək istəyir. Məntiq çox sadədir: əgər Rusiya Astanada danışıqlardan imtina edibsə, o halda hərbi planda öz səylərini tamamilə diqqətə çatdırmaq məntiqli görünür”.
“Sülh haqqında Rusiyanın planı mifdir. Əslində böyük diplomatik oyun gedir. Çünki Putin əmindir ki, o, Ukrayna ərazisində Ukrayna ilə vuruşmur, Qərblə vuruşur. Rusiya əslində hərbi əməliyyatların dayandırılması variantına baxmır. Rusiyanın hərəkətləri daxili siyasi xarakteri daşıyır. Onun istənilən geri çəkilməsi məğlubiyyət kimi qəbul ediləcək. Bu məğlubiyyət şəxsən Vladimir Putinin məğlubiyyəti olacaq. Ona görə də Donbas hövzəsində vəziyyət sonadək kəskinləşdiriləcək. Çünki Putin anlayır ki, Donbas Ukraynanın ağır nöqtəsidir və Ukrayna iqtisadiyyatı da hazırda yaxşı vəziyyətdə deyil. Ona görə də Ukraynanın laxladılması davam edəcək", - Yevgeni Maqda vurğulayıb.
Ömər Dağlı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?