İran: ABŞ danışıqlarda müsbət nəticə əldə etmək istəyirsə...
Bizi izləyin

Dünya

İran: ABŞ danışıqlarda müsbət nəticə əldə etmək istəyirsə...

Əgər ABŞ danışıqlarda müsbət nəticə əldə etmək istəyirsə, İrana göstərdiyi siyasi və iqtisadi təzyiqlərə son qoymalıdır.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinə qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar və nüvə proqramına dair Cenevrədə ABŞ-ın dövlət katibi Con Kerri ilə apardığı danışıqlarla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

M.C.Zərif bir neçə gündən sonra Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcəyini və Forum çərçivəsində ABŞ dövlət katibi ilə bir daha görüşəcəyini bildirib.

Nazir qeyd edib ki, əgər qarşı tərəf siyasi iradə nümayiş etdirərək konstruktiv mövqedən çıxış etsə, onda danışıqları bir həftə ərzində tərəflər üçün müsbət nəticələrlə yekunlaşdırmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm