Ərdoğandan daha bir İLK
Bizi izləyin

Dünya

Ərdoğandan daha bir İLK

Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixində daha bir ilkə imza atıb. İlk dəfə olaraq Türkiyədə Prezident Nazirlər Kabinetinin iclasına rəhbərlik edib.

Publika.az-ın məlumatına görə, tənqidçilər bunun Türkiyədə Prezident səlahiyyətlərinin genişləndirilməsinə xidmət etdiyini bildiriblər.

Baş nazir Əhməd Davutoğlu prezidentin konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət etdiyini deyib.

Müxalif "Cumhuriyyət " qəzeti bağlı qapılar arxasında keçən iclasın Ərdoğan üçün prezident sistemini həyata keçirmək üçün məşq olduğunu bildirib.

Türkiyədə parlament seçkiləri iyun ayına təyin edilib. AKP-nin bu seçkilərdə qələbəsi prezidentin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan yeni konstitusiyanın qəbuluna imkan yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm