Dünya
Rusiyada un və çörək bahalaşacaq
Yaxın zamanlarda Rusiyada un və çörəyin qiyməti artmaqda davam edəcək.
Publika.az-ın məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç Dövlət Dumasında "Yedinaya Rossiya" fraksiyasının iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, fevral ayından taxılın ixracına rüsum qoyulsa da, bahalaşma yaxın aylarda davam edəcək.
"Rüsüm yeridiləndən sonra taxıl ucuzlaşmağa başlayıb, buna baxmayaraq, yaxın aylarda çörək və unun bahalaşması tendensiyası davam edəcək", - Dvorkoviç deyib.
Baş nazirin müavini bildirib ki, hökümət hələlik qiymət tənzimlənməsini tətbiq etməsə də, qiymət artımının uzun müddət davam edəcəyi və 30 faizə çatacağı halda, bu variant istisna olunmur.
Dvorkoviçə görə qiymət tənzimlənməsi ərzaq çatışmazlığına gətirib çıxara bilər.
Arkadi Dvorkoviç bildirib ki, bundan əvvəl, qarabaşaq yarmasına qiymətin dondurulması bu məhsulun qıtlığı ilə nəticələndi.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO