“Hizbullah”dan İsrailə iki sözlük təhdid: “Sığınacaqlarınızı hazırlayın!”
Bizi izləyin

Dünya

“Hizbullah”dan İsrailə iki sözlük təhdid: “Sığınacaqlarınızı hazırlayın!”

“Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah İsrailin təşkilata qarşı həyata keçirdiyi hava əməliyyatına çox sərt cavab verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nəsrullah İsraili “sığınacaqlarınızı hazırlayın” deyərək təhdid edib.

Qeyd edək ki, İsrail ordusuna aid vertolyot iki gün əvvəl Suriyanın cənubundakı Kuneytra şəhəri yaxınlığında “Hizbullah”a aid bir avtomobil karvanını vurub. Hücum zamanı “Hizbullah” liderlərindən olan İmad Mugniye də daxil olmaqla təşkilatın 6 üzvü öldürülüb.

İsrail ordusu isə "Dəmir Qübbə" adlandırılan raketdən müdafiə sistemi batareyalarının bir hissəsini Livan sərhədində yerləşdirib. Bu barədə məlumati təsdiqləyən İsrail ordusunun sözçüsü batareyaların sayı və yerləşdirıldiyi məntəqələr haqqında danışmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm