• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kremldən Kiyevə qaz zərbəsi: qərar ləğv edildi

  • Dünya
  • 20 Yanvar 2015 17:40
  • 643 Baxış
Kremldən Kiyevə qaz zərbəsi: qərar ləğv edildi

Rusiya Ukraynaya satdığı təbii qazın qiymətində tətbiq etdiyi endirimi ləğv edir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşdə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib.

Endirim qərarının icrası 2015-ci il 1 aprel tarixindən icra olunacaq. 2014-cü il 1 noyabr tarixindən tətbiq olunan endirim təbii qazın hər kubmetri üçün 100 dollar təşkil edirdi. Təbii qazın endirimsiz qiyməti isə 485 dollar olacaq.

Hazırda ödənişlərin gecikdirilməsinə görə yaranan cərimələrlə birlikdə Ukraynanın Rusiyaya olan borcu 2,44 milyard dollar təşkil edir. “Qazprom”un rəhbəri baş nazirlə görüşdə qeyd edib ki, borcla bağlı məktub Ukraynanın “Naftoqaz” şirkətinə göndərilib.

“Rusiya Ukraynanın qaz borcunu ödəyəcəyinə ümid edir. “Qazprom” borcunu tələb etməyə məcburdur”, - Dmitri Medvedev bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR