Putin Kabayeva məsələsini rəsmiləşdirdi- Nişan üzüyü + Foto
Bizi izləyin

Dünya

Putin Kabayeva məsələsini rəsmiləşdirdi- Nişan üzüyü + Foto

Putin Kabayeva məsələsini rəsmiləşdirdi- Nişan üzüyü + Foto

Boşanmış Rusiya prezidenti Vladimir Putin nişan üzüyü taxıb. ANS PRESS-in verdiyi məlumata görə, prezidentin üzüklü kadrlarını "LifeNews" paylaşıb.

Kadrların Misirin müdafiə naziri Abdelfəttah as-Sisi ilə görüşü zamanı çəkildiyi iddia edilib.

Maraqlısı odur ki, bir müddət sonra "LifeNews" bu fotonu silib və onun arxiv kadrı olduğunu yazıb. Lakin fotoda olan yerin interyeri və Putinin qalstuku Kremlin görüş barədə yaydığı video ilə uyğundur.

Qeyd edək ki, Vladimir Putin 2013-cü ilin iyun ayında həyat yoldaşından ayrılıb. O zamandan şəxsi həyatı barədə heç bir ictimai məlumat yayılmayıb.

Maraqlısı isə odur ki, bu ərəfədə uzun müddətdir Putinlə bir yerdə olduğu iddia edilən idmançı Alina Kabayevanın da barmağında üzüklə fotosu yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm