Dünya
Polis əməkdaşı güllələndi
Türkiyədə 42 yaşlı polis əməkdaşı daşlıq ərazidə boynundan vurulmuş halda tapılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada baş vermiş hadisə zamanı yaralı vəziyyətdə olan Bülent Akif Sönmez xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində bəlli olub
ki, Çankaya məhəlləsi yaxınlığından keçən şəxs daşlıq ərazidə bir
nəfərin yatdığını görüb və onun yanına gedib. Ağır yaralı olan
həmin şəxs polis məmuru olduğunu deyib və qarşısındakından yardım
istəyib. Tapança ilə boynundan vurulan Bülent Akif Sönmezin Kepez
mahal polis idarəsinin asayiş şöbəsində çalışdığı müəyyənləşib. Bu
gün istirahətdə olan Sönmez Atatürk Dövlət Xəsəxanasına
aparılıb.
Hadisə şahidlərinin sözlərinə görə, 3 nəfər naməlum şəxs polis
əməkdaşını güllələdikdən sonra dərhal olay yerini tərk
ediblər.
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."