Yəməndə prezident sarayı üsyançıların əlinə keçdi
Bizi izləyin

Dünya

Yəməndə prezident sarayı üsyançıların əlinə keçdi

Yəməndə prezident sarayı Husi üsyançı şiə qruplaşması tərəfindən ələ keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, üsyançılar saraya daxil olan zaman Prezident Abdurabbu Mansu Hadi mühafizəçiləri ilə oranı tərk edib.

Şahidlərin sözlərinə görə, üsyançılar prezident sarayının ətrafındakı ziherli texnikaları da ələ keçiriblər.

Husi qruplaşması ilə prezident sarayında baş verən atışma zamanı 9 nəfərin öldüyü, 90 nəfərin isə ağır yaralandığı bildirilir.

Bütün bunlara baxmayaraq, Yəmən prezidenti Abdurabbu Mansu Hadi əhalini, eləcə də dövlət qurumlarını asayişi qorumağa, fəaliyyətlərini normal qaydada davam etdirməyə çağırıb.

Yəmənin rəsmi xəbər agentliyi olan «SABA»nın məlumatına görə, paytaxt Sanadakı təhlükəsizlik komitəsi və siyasi partiya nümayəndələrilə toplantı zamanı Hasi ölkəsinin yol ayrıcında olduğunu bildirməklə yanaşı, «Ya varlığımızı davam etdirəcək, ya da öləcəyik. Bu gün danışıb mühakirə edə biləcəyimiz bir çox məsələlərin həlli sabah mümkünsüz ola bilər», deyə vurğulayıb.

Yəmənlilərin dava-dalaşa, anlaşılmazlıqlara son qoyaraq ölkənin xeyrinə fəaliyyət göstərmələrini arzulayan Hadi «Sülh və Milli Tərəfdaşlıq» sazişini imzalanyanların problemlərin həlli məqsədilə təcili toplantı keçirmələrini tələb edib.

Qeyd edək ki, bir müddətdir siyasi böhranın yaşandığı Yəməndə paytaxt Sanaya daxil olan Husilər ilə rəhbərlik arasında 21 sentyabr 2014-cü il tarixdə "Sülh və Milli Tərəfdaşlıq" razılaşması imzalanıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm