Siyasi müşahidəçi: “Bu halda Putinin əlinə "kozır" verəcəyik”
Bizi izləyin

Dünya

Siyasi müşahidəçi: “Bu halda Putinin əlinə "kozır" verəcəyik”

“Ukraynanın şərqindəki son hərbi qarşıdurmalar hansısa bir danışıqlara gətirib çıxaracaq. İstənilən döyüş əməliyyatları ticarətə dəvətdir”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Donbas hövzəsindəki son döyüşləri şərh edən ukraynalı siyasi müşahidəçi Oleq Dyaçok bildirib.

“Rusiya dondurulmuş münaqişə yaratmaq üçün vuruşur. Moskva ikinci Dnestryanı yaratmaq və onu Ukraynanın tərkibinə itələmək istəyir. Rusiya Donbası maliyyələşdirmək istəmir və istəyir ki, bu ərazi Ukraynanın tərkibində böyük qara dəlik olsun. Bu bizə irəli hərəkət etməyə və islahatlar keçirməyə imkan verməyəcək. Bu onların minimum proqramıdır. Maksimum proqram isə Ukraynanın NATO-ya daxil olmamasıdır. Minsk, Astana və Berlin aşağı səviyyəli danışıqların keçiriləcəyi paytaxtlardır. Putin Obama ilə birbaşa danışıqlara çıxmaq istəyir. Burada isə möhkəm və böyük beynəlxalq müqavilə haqqında məsələni qaldıracaq. Müqavilədə aydın şəkildə yazılmalıdır ki, Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq. Və Putin bizə Avropa Birliyinə NATO-ya üzvlüksüz daxil olmağa icazə verəcək”, - Dyaçok deyib.

Donetsk aeroportunu almaq üçün güclərin kifayət etmədiyini deyən siyasi müşahidəçi Qərbin Ukraynaya kömək etdiyini bildirib: “Artıq hansısa bir maraqlı silah çıxıb. Silah tankları kibrit qutuları kimi vurur. Bizdə güc və siyasi iradə kifayət qədərdir. Prezident Poroşenko diplomatik şəkildə sülh bəyanatları ilə çıxış edir. Aleksandr Turçinov isə hərbi təşkilatlanmanı nəzarəti altında saxlayır. Biz istənilən vaxt onlara dişlərimizi göstərə bilərik və bunun üçün gücümüz kifayət qədərdir. Hesab edirəm ki, bu, hazırda optimal variantdır. Çünki, əgər biz hərbi vəziyyəti tətbiq etsək, Putinin əlinə kozır verəcəyik. O, deyəcək ki, siz bizə qarşı müharibə elan etdiniz, deməli biz qoşunları daxil edə bilərik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm