Hüquq müdafiəçisi qəbiristanlıqda öldürüldü
Bizi izləyin

Dünya

Hüquq müdafiəçisi qəbiristanlıqda öldürüldü

Gürcüstanlı hüquq müdafiəçisi Yuri Vazaqaşvili qəbiristanlıqda baş verən partlayış zamanı həlak olub.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, patlayış Kaspi rayonunda hüquq müdafiəçisinin oğlunun məzarı qarşısında baş verib.

Məlumata görə, partlayıcı qurğu güllərin olduğu güldanda quraşdırılaraq qəbiristanlığa keçirilib. Qəbiristanlığın yerləşdiyi kəndin sakinlərinin sözlərinə görə, Vazaqaşvili oraya qonşunun dəfninə gəlib. O, dəfn mərasimindən əvvəl oğlunun məzarına baş çəkməyə qərar verib. Sakinlər güman edirlər ki, partlayışın təşkilatçıları hüquq müdafiəçisinin planları haqqında xəbərdar olublar.

Qeyd olunur ki, Vazaqaşvili Gürcüstanın əvvəlki rəhbərliyi dövründə hökumətin addımlarına fəal şəkildə qarşı çıxır, etiraz aksiyalarını təşkil edirdi. O, “Gürcü arzusu” koalisiyasını dəstəkləyirdi, ancaq son vaxtlar indiki hakimiyyətlə bağlı məyusluğunu gizlətmirdi.

İddiaya görə, hüquq müdafiəçisində bir neçə yüksək vəzifəli şəxs üçün təhlükə yaradan hansısa sənədlər var idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm